Taleyi tükdən asılıdır.

Hang by a thread. / Hang on a hair. / Swing in the balance. / Be within an inch of death. Жизнь на волоске висит.
taleyi sınamaq
taleyin çarxı
OBASTAN VİKİ
Hökmdarın taleyi (film, 2008)
Hökmdarın taleyi — Film Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrünü əhatə edir. Ekran əsərinin dövlətçilik tariximizin qapalı məqamlarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəli pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifi yazıçı-dramaturq Elçin Əfəndiyevdir. "Hökmdar və qızı" filminin musiqisi Polad Bülbüloğluna məxsusdur. Mürəkkəb və çətin süjetə malik olan gərgin dramatizmi ilə fərqlənən film Şəkidə lentə alınmışdır. Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahimxəlil Xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulmuşdur. Filmin çəkilişi Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib.
Onun taleyi (film, 1991)
Kinolentdə Biləsuvar bölgəsi Lenin Adına Kolxozun zəhmət adamlarından danışılır. Film Biləsuvar Rayonu Lenin Adına Kolxozun sifarişi ilə çəkilmişdir.
Haçiko, bir itin taleyi (film, 2009)
Haçiko, bir itin taleyi (ing. Hachi: A Dog's Tale və ya Hachiko: A Dog's Story) – 2009-cu ildə çəkilən və real hadisələrə əsaslanan Amerika dram filmidir. Bu film 1987-ci ildə çəkilən "Haçikonun taleyi" filminə əsasən çəkilmişdir. Filmin rejissoru Lasse Hallstrom və ssenarisi Stiven P. Lindsiyə məxsusdur. Filmdə baş rollarda Riçard Gir, Coan Allen və Sara Remer çəkilmişdir. Filmin premyerası 8 avqust 2009-cu ildə Yaponiyada olmuşdur. Əsl Haçiko Yaponiyada olmuşdur və ilk Haçiko filmi də burada çəkilmişdir. Filmdə illər əvvəl Akita iti Birləşmiş Ştatlara Yaponiyadan göndərilir, ancaq onun qəfəsi Amerikan vağzalında arabadan düşür və bu vaxt onu Parker Vilson (Riçard Gir) tapır. Stansiya müfəttişi iti kötürməkdən imtina edəndə Parker iti evinə aparır. Keyt (Coan Allen) iti evlərində saxlamağa razı olur.